Azərbaycan və Bolqarıstan arasında qaz və gübrə barterinin mümkünlüyü ilə bağlı iş aparılır.
Bunu ölkənin iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov deyib.
Onun sözlərinə görə, iki ölkə arasında elektrik enerjisinin və qazın barteri ideyası qazın və hazır məhsulların barteri ideyasına çevrilib. Stoyanovun sözlərinə görə, “bu o deməkdir ki, iki böyük gübrə zavodu var və Azərbaycan əsas gübrə istehsalçısıdır”.
“Gübrələrin daşınması qazdan daha ucuz başa gəlir. Yəni, hansısa ölkə bu zavoda qaz verirsə, o, bunun əvəzində qarşı tərəfə gübrə verə bilər və beləliklə, daşınma ilə bağlı logistik xərcləri öz üzərinə götürməyə ehtiyac qalmayacaq. Azərbaycan sözügedən gübrələri birbaşa Avropaya sata bilər”, – nazir vurğulayıb.