21 C
Baku
Thursday, April 25, 2024

Bolqarıstan da turizm mövsümünü açır

Bolqarıstanın Qara dəniz bölgəsində yay turizmi mövsümünə hazırlıqlar iyunun 15-dən başlayacaq.

Bununla bağlı Rus.bg portalı ölkənin Turizm naziri Nikolina Angelkovaya istinadla məlumat yayıb.

Onun sözlərinə görə, aktiv yay mövsümü iyulun 1-dən başlayacaq və turistlər üçün açıq olacaq.

O, hər bir çimərliyi xüsusi təhlil etdikdən sonra pulsuz stul və çətirlərin harada yerləşdirilməsi və simvolik qiymətlərin necə tətbiq olunacağı ilə əlaqədar təkliflərin veriləcəyini bildirib.

Nazir qeyd edib ki, Bolqarıstanda turizm ÜDM-nin 12 faizini təşkil edərək, məşğulluğun 11 faizini təmin edir.

MənbəOxu.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər