Bolqarıstan parlamenti ilk dəfə olaraq Ukraynaya hərbi yardımın göndərilməsini təsdiqləyib, yerli hökumət bir ay ərzində ora hansı növ silahların göndəriləcəyinə və bunun Bolqarıstanın müdafiə qabiliyyətinə zərər vurub-vurmayacağına qərar verəcək.
Bu barədə AP məlumat yayıb.
Ukraynaya bu cür yardımın göndərilməsinin lehinə 175 deputat, əleyhinə isə 49 parlament üzvü səs verib, 1 nəfər bitərəf qalıb.
Bolqarıstan indiyədək öz obyektlərində Ukrayna hərbi texnikasını təmir etməyə razılıq verib, lakin ölkə Prezident Rumen Radev və bəzi siyasi partiyaların etirazları səbəbindən hərbi yardım göndərməyib.