9 C
Baku
Thursday, December 12, 2024

Bolqarıstan parlamenti Ukraynaya silah göndərilməsi ilə bağlı razılaşmanı ratifikasiya edib

Bolqarıstan parlamenti bu gün keçirilən iclasda ölkənin Müdafiə Nazirliyi (MN) ilə Ukrayna MN arasında Ukraynaya ödənişsiz silah göndərilməsi barədə razılaşmanı ratifikasiya edib.

Bu barədə TASS məlumat yayıb.

Keçirilən iclasda iştirak edən deputatlardan 166 nəfəri lehinə, 48 nəfər isə əleyhinə səs verib. Əleyhinə səs verənlər Bolqarıstan Sosialist Partiyası və İntibah Partiyasının nümayəndələri olub.

Həmçinin əlavə olunub ki, göndəriləcək silahların siyahısı məxfidir.

Xatırladaq ki, bir müddət əvvəl Bolqarıstanın texniki hökumətinin müdafiə naziri Dimitar Stoyanov Ukraynaya göndəriləcək silahların nomenklaturası barədə danışıb. O vurğulayıb ki, söhbət Ukrayna hərbçilərinin təlimlər keçməsi üçün istifadə olunacaq yüngül silah-sursatlardan gedir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər