“Ukrayna böhranının uzanması Avropanı ağır iqtisadi nəticələrə gətirib çıxaracaq”.
Bunu Bolqarıstan Prezidenti Rumen Radev əlavə edib.
“Bu, Avropanın iqtisadi özünü məhv etməsi demək olacaq. Biz də bu istiqamətdə gedirik”, – dövlət başçısı bildirib.
Radev Bolqarıstan parlamentini Ukraynaya hərbi-texniki yardımın göndərilməsi ilə bağlı son qərarına görə tənqid edib. O, Bolqarıstanın münaqişəyə cəlb olunmasını təhlükəli addım adlandıraraq, bu cür dəstəyin risklərinə işarə edib.