9 C
Baku
Sunday, November 17, 2024

Bolqarıstan Prezide­nti: “Biz əlavə həcm­də Azərbaycan qazı nəql etməyə hazırıq”

Prezident İlham Əliyevin Sofiyaya səfəri enerji sahəsi ilə yanaşı, Bolqarıstan-Azərbaycan əməkdaşlığının digər çox vacib sahələrini inkişaf etdirmək üçün dönüş nöqtəsi idi.

Bu fikri Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyev ilə videokonfrans formatında görüşdə söyləyib.

Bolqarıstanın Azərbaycandan qaz almasından məmnunluğunu bildirən Prezident Rumen Radev deyib: “Bilirsiniz ki, biz daha da irəli getməyə hazırıq. Bizim “Həmrəylik Həlqəsi” təşəbbüsümüz sizə məlumdur. Lakin əlbəttə ki, əsas məqam Azərbaycandır. Biz Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qazötürücü operatorlarının imkan və səylərini birləşdirərək əlavə həcmdə Azərbaycan qazı nəql etməyə hazırıq. Bu andan etibarən qərar Sizindir”.

Son xəbərlər
Digər xəbərlər