Martın 11-də Bolqarıstan prezidenti Rumen Radev Azərbaycana səfər edəcək. Bu barədə Bolqarıstan liderinin Dəftərxanasından məlumat verilib.
“Səfər çərçivəsində Radevin Azərbaycan prezidenti İlham Əliyevlə danışıqları planlaşdırılır”, – Dəftərxanadan qeyd olunub.
RadevBakıda danışıqlar zamanı Bolqarıstanla Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcək.
“Bundan başqa, Bolqarıstan prezidenti X Qlobal Bakı Forumunun işində iştirak edəcək”, – Dəftəxanadan vurğulanıb.