6 C
Baku
Sunday, December 15, 2024

Bolqarıstan qaz tədarükünün artırılması üçün Azərbaycanla danışıqları yeniləyir

“Bolqarıstan hökuməti qaz tədarükünün artırılması üçün Azərbaycanla danışıqları yeniləyir”.

Bunu Bolqarıstanın enerji naziri Rozen Xristov bildirib.

“Biz həcmin artırılması ilə bağlı, həmçinin qiymətlə bağlı razılaşma üçün Azərbaycanla intensiv danışıqlara başlamaq niyyətindəyik. Həcmi artırmaq üçün Azərbaycan tərəfi ilə danışıqlar apara bilərik. Onların qeyd-şərtləri var, məsələ yenə qiymətlə bağlıdır. Biz əlavə həcmlə bağlı razılığa gəlməmişik buna görə də bazar ertəsindən (bu gün) danışıqlara başlayacağıq”, – deyə Xristov bildirib.

O qeyd edib ki, nazirlik qışda istehlakı ödəmək üçün qazın həcminin artırmaqla bağlı axtarışa davam edəcək: “Bundan sonra biz səylərimizi ortamüddətli müqavilələrin imzalanmasına yönəldəcəyik ki, boru kəməri ilə qazın rəqabətədavamlı qiymətlərlə sistematik tədarükünü təmin edək. Hazırda həcm bizi o qədər də narahat etmir, qaz təchizatı təkliflərimiz var, bizi ən çox maraqlandıran və narahat edən qiymət və bazarın sistematik olaraq qiymət artımına meylli olmasıdır”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər