6 C
Baku
Sunday, December 15, 2024

Bolqarıstan “Qazprom” ilə danışıqları bərpa etməyə hazırdır

Bolqarıstan qaz tədarükü ilə bağlı Rusiyanın “Qazprom” şirkəti ilə danışıqları bərpa etməyə hazırdır və ondan yaxın vaxtlarda cavab gözləyir.

bu barədə Bolqarıstanın energetika naziri Rosen Xristov bildirib.

Onun sözlərinə görə, “Qazprom”la hələlik aktiv danışıqlar aparılmayıb, lakin müvəqqəti hökumət danışıqları bərpa etməyə hazır olması barədə bildiriş göndərib.

“Biz açıq şəkildə bildirdik ki, müqavilənin bəzi mübahisəli şərtlərinə aydınlıq gətirmək üçün danışıqlara başlamaq, daha doğrusu, onları davam etdirmək istəyirik. Sadəcə olaraq, danışıqlara hazır olduğumuz barədə məlumat göndərdik və onlardan müqaviləni yeniləməyi xahiş etdik”, – nazir vurğulayıb.

Eyni zamanda, Rosen Xristov yeni müqavilənin imzalanması ilə bağlı heç bir danışıqların aparılmayacağını da qeyd edib.

Bolqarıstanda qazla bağlı vəziyyət aprelin sonunda yeni sxem üzrə rublla ödəniş edilmədiyinə görə “Qazprom”un ölkəyə tədarükünü dayandırması ilə gərginləşib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər