2 C
Baku
Saturday, December 14, 2024

Bolqarıstan Rosenets limanını ruslardan alır

Bolqarıstan parlamenti Rusiyanın “Lukoil” şirkətinin Rosenets limanında fəaliyyətini dayandırmaq niyyətindədir.

Bu barədə ölkənin keçmiş baş naziri Kiril Petkov deyib.

O xatırladıb ki, Rusiya Bolqarıstanı “düşmən ölkə” elan edib.

“Biz “Lukoil”in Rosenets limanındakı konsessiyasına xitam verilməsi təklifi ilə çıxış edirik. Bu limana nəzarətlə bağlı həmişə şübhələr olub. Bizim məqsədimiz Şengenə qoşulmaqdır və bu, qeydolunan istiqamətdə böyük və aydın addımdır”, – Petkov bildirib.

Qeyd edək ki, 2011-ci ildə Bolqarıstan və “Lukoil” şirkəti arasında Rosenets liman terminalının bir hissəsinin istifadəsinə dair müqavilə imzalanıb, 2022-ci ildə Bolqarıstanın müvəqqəti hökuməti konsessiya vaxtını 24 il  uzadıb.

Son xəbərlər
Digər xəbərlər