Bolqarıstan Rusiya vətəndaşları üçün vizanı bahalaşdırır.
İndiyədək rusiyalılara viza güzəştli şəkildə verilib. İndi bu güzəşt ləğv edildiyi üçün vizanın qiyməti 35 avrodan 80 avroya qaldırılıb. Bolqarıstan hökuməti bu addımı Avropa Şurasının tələbi ilə əsaslandırıb.
Bu yay Bolqarıstana 600 min nəfərdən çox rusiyalı turist gəlib.