Bolqarıstan rusiyalı turistlər üçün viza rüsumunu 35 avrodan 80 avroya qaldıracaq.
Bunu Bolqarıstanın turizm naziri İlin Dimitrov BNT telekanalına müsahibəsində deyib.
O xatırladıb ki, əvvəllər Rusiya vətəndaşları sadələşdirilmiş viza rejimindən istifadə edirdilər:
“Rusların ölkəyə girişinə qadağa qoyula bilər, lakin onlar üçün viza qiymətlərinin artırılması da mümkündür. Bu, Avropa İttifaqının qərarıdır, onunla tam razı deyilik, lakin bununla hesablaşmaq lazım gələcək”.
Onun sözlərinə görə, ilin əvvəlindən 60 mindən çox Rusiya vətəndaşı Bolqarıstana səfər edib, 70%-dən çoxunun isə dəniz kənarında daşınmaz əmlakı var.