12 C
Baku
Sunday, October 27, 2024

Bolqarıstan ruslara verilən “qızıl pasport”ları ləğv edib

Bolqarıstan investisiyalar müqabilində “qızıl pasportların” verilməsini dayandırdıqdan sonra 17 nəfərin vətəndaşlığını ləğv edib.

Bunu Bolqarıstanın ədliyyə naziri Krum Zarkov deyib.

Onun sözlərinə görə, Bolqarıstan vətəndaşlığı ləğv edilənlərdən dördü Misir, dördü Rusiya, dördü Qazaxıstan, üçü Çin, ikisi Pakistan, biri isə İordaniya vətəndaşıdır.

“Dövlət Milli Təhlükəsizlik Agentliyi və ölkənin digər dövlət qurumları tərəfindən yoxlamalar davam etdirilir və aşkar edilmiş qanun pozuntuları müvafiq tədbirlər görülməsinə səbəb olacaqdır”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər