7 C
Baku
Sunday, January 29, 2023

Bolqarıstan şəhərlərində temperatur rekordu qeydə alınıb

Bolqarıstanın 5 şəhərində temperatur rekordu qeydə alınıb.

Bolqarıstan Milli Radiosunun məlumatına görə,

Razqrad şəhərində hava 1950-ci ilin rekord göstəricisindən 1,3 dərəcə selsi yüksək olmaqla 20,1 dərəcə selsi səviyyəsinə qədər istiləşib.

Burqasda isə temperratur 20 dərəcə selsi olub. Bu şəhərdə 1944-cü ildə rekord göstərici 18,4 dərəcə selsi imiş. Yeni temperatur rekordları Varnada – 19,6 dərəcə selsi , Şumendə – 19,5 dərəcə selsi və Dobriçdə – 17,8 dərəcə qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər
X