Bolqarıstan Türkiyəyə axtarış-xilasetmə qrupu göndərir.
Bu barədə Bolqarıstan Prezidenti Rumen Radev “Twitter”də bildirib.
“Bu səhər Türkiyədə baş verən ölümcül zəlzələ barədə xəbər bizi çox kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm və fikirlərimiz zərərçəkənlərin yanındadır. Bizim yaxşı qonşumuz Türkiyə ilə həmrəyik və xilasedici qruplar göndəririk”, – Bolqarıstan Prezidenti qeyd edib.