26 C
Baku
Saturday, July 13, 2024

Bolqarıstan Ukraynadan buğda idxalına qadağanı ləğv edəcək

Bolqarıstan Ukrayna buğdasının və digər bəzi kənd təsərrüfatı məhsullarının idxalına tətbiq etdiyi qadağanı götürəcək.

Bu barədə Bolqarıstan hökuməti məlumat yayıb. Bildirilib ki, Avropa İttifaqının (Aİ) aprelin sonlarında razılaşdırdığı bazarın stabilləşdirilməsi tədbirləri qüvvəyə mindikdən dərhal sonra Bolqarıstan Ukraynadan gələn bir sıra kənd təsərrüfatı məhsullarının idxalına qoyulmuş qadağanı ləğv edəcək.

Aİ-nin tədbirlərinin yalnız Ukraynadan idxal edilmiş buğda, qarğıdalı, raps və günəbaxan toxumunu əhatə etdiyi bildirilib.

Qeyd edək ki, aprelin 19-da Bolqarıstan hökuməti yerli fermerləri qorumaq məqsədilə Ukraynadan 20-dən çox kənd təsərrüfatı məhsulunun idxalını qadağan edib. Bunlar arasında buğda, buğda unu, günəbaxan toxumu və yağı, qarğıdalı, bal və digər arıçılıq məhsulları, xam və quru süd, qoz, fındıq, yumurta, toyuq əti, şərab və.s kimi məhsullar var.

Bolqarıstan yerli bazarını qorumaq məqsədilə müvafiq qərarı Polşa, Macarıstan və Slovakiyanın ardınca qəbul edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər