13 C
Baku
Saturday, April 27, 2024

Bolqarıstan və Yunanıstan Rusiya istehsalı olan LNG-dən istifadəyə keçib

Yunanıstan oktyabrda Rusiyadan təbii qaz idxalını, Bolqarıstan isə onu digər treyderlərdən almağı dayandırsa da, bu ölkələr “Qazprom”dan mayeləşdirilmiş qaz (LNG) almağa başlayıb.

Bu barədə Avropa İttifaqının Qaz Nəqli Sisteminin operatorlarının vahid platformasının (ENTSOG) hesabatında bildirilir.

“Velikiy Novqorod” tankerindəki yük oktyabrın əvvəlində Yunanıstanda boşaldılıb. O, Baltik dənizindəki “Portovaya” yeni LNG kompleksindən ilk yükü çatdırıb. “Velikiy Novqorod” “Qazprom”a məxsusdur. Tanker “Revitus” terminalına 100 milyon kubmetrə qədər təbii qaz nəql edə bilərdi”, – hesabatda qeyd olunub.

Qlobal kimya bazarının ən böyük analitik şirkəti olan ICIS-in məlumatına əsasən, mayeləşdirilmiş qazı Yunanıstanın “Mytilineos S.A” şirkəti alıb. Bolqarıstan isə oktyabrda Yunanıstandan əks tədarüklər vasitəsilə Rusiya istehsalı olan LNG , həmçinin Trans-Adriatik Qaz Boru Kəməri (TAP) və IGB interkonnektoru vasitəsilə təbii qaz idxal edib.

Bolqarıstana Yunanıstandan əks tədarüklər vasitəsilə oktyabr ayında gündəlik 2,4 milyon kubmetr, TAP və IGB interkonnektoru vasitəsilə isə 3,3 milyon kubmetr təbii qaz nəql olunub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər