9 C
Baku
Sunday, November 17, 2024

Bolqarıstanda inflyasiya rekord həddə çatıb

Bolqarıstanda son 24 ilin rekord inflyasiyası qeydə alınıb.

Bu barədə ölkənin Milli Statistika İnstitutu məlumat yayıb.

Bildirilib ki, may ayında bu göstərici illik müqayisədə 15,6 % təşkil edib ki, bu da inflyasiyanın 18 % olduğu 1998-ci ildən bəri baş verməyib.

Qeyd olunub ki, may ayında ən çox qiymət artımı – 3,2% nəqliyyatın payına düşüb. Restoran və hotellər qiymətləri 2 % qaldırıb. Ev üçün mallar 1,6 % bahalaşıb.

Ərzaq məhsulları arasında ən çox bahalaşan kartofun qiymətidir – 14 %. Çörək və balığın qiyməti isə müvafiq olaraq 9,4 %və 8,2 % bahalaşıb. Benzinin qiyməti 7,4 %, dizel yanacağının qiyməti isə 5,1 % artıb.

Eyni zamanda xiyar (25,5%), pomidor (9,7%) və bibər (18,8%) ucuzlaşıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər