9 C
Baku
Sunday, November 17, 2024

Bolqarıstanda prezident seçkilərinin qalibi məlum olub

Bolqarıstan Mərkəzi Seçki Komissiyası (MSK) Rumen Radevin dövlət başçısı, İliyana Yotovanın isə ölkənin vitse-prezidenti vəzifəsinə seçildiyini elan edib.

TASS xəbər verir ki, Radev cənub bölgəsindəki Kırcali bölgəsi istisna olmaqla, Bolqarıstanın bütün bölgələrində qalib gəlib.

Bundan əvvəl Bolqarıstan MSK noyabrın 21-də keçirilən səsvermənin ikinci turunun yekun nəticələrini açıqlayıb. Seçicilərin 66,72 faizi (1 milyon 539 min 650 nəfər) Radevə, 31,8 faizi (733 min 791 nəfər) isə ən yüksək dövlət postuna ikinci namizəd, Sofiya Universitetinin rektoru Anastas Gerdjikova səs verib. Seçicilərin 1,48%-i (34 169 nəfər) hamısının əleyhinə səs verib. İkinci turda səsvermədə 2 milyon 310 min 903 seçici iştirak edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər