Bolqarıstanda qazın qiyməti 32 faiz bahalaşıb

“Bulgargaz” şirkəti Bolqarıstanda qazın qiymətinin iyul ayında artmasını elan edib.

Bu barədə şirkətin saytında məlumat yerləşdirilib.

Məlumata əsasən, qazın qiyməti MVt/saat üçün 186,47 lev (təxminən 95,34 avro) təşkil edəcək.

Bildirilir ki, Avropanın qaz bazarında iyulun 7-si üçün qədər eyni həcmdə yanacağın qiymətləri 175 avro təşkil edib.

Beləliklə, 1 MVt/saat qazın 141,36 lev olduğu iyun ayı ilə müqayisədə yanacağın qiyməti təxminən 32 faiz bahalaşacaq.

Son xəbərlər
Digər xəbərlər