22 C
Baku
Saturday, April 20, 2024

Bolqarıstanda “Türk axını” qaz kəmərinin davamının tikintisi aktivləşib

“Türk axını” qaz kəmərinin davamı olan Bolqarıstan ərazisindəki hissənin tikintisi aktivləşib.

Bunu Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller deyib.

““Türk axını” ilə qazın nəqli Bolqarıstan, Yunanıstan və Şimali Makedoniyadakı bütün müqavilələrimizi təmin edəcək”, – deyə A. Miller qeyd edib.

Xatırladaq ki, yanvarım 8-də Rusiya qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan “Türk axını” boru kəməri istismara verilib. Açılış mərasimi İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putinlə yanaşı bır sıra ölkələrin yüksək səviyyəli hökumət nümayəndələrinin iştirakı ilə baş tutub.

Qeyd edək ki, “Türk axını” layihəsi üzrə tikinti işlərinə 2017-ci ildə başlanılıb. Sözügedən qaz kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 km-dir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı üçün, ikincisi isə Cənubi və Cənubi-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub. Xətlərin hər birinin ötürücülük qabiliyyəti 15,75 mlrd. kubmetrdir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər