10 C
Baku
Thursday, December 12, 2024

Bolqarıstanlı nazir: “IGB bizi Cənub Qaz Dəhlizi ilə birləşdirəcək”

“Azərbaycana məxsus təbii qazı Bolqarıstana ötürəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (Interconnector Greece – Bulgaria: IGB) inşası Avropa İttifaqının ən prioritet 7 layihəsindən biridir, bütün region üçün vacibdir”.

Bunu Bolqarıstanın energetika naziri Temenujka Petkova bildirib.

“IGB bizi Cənub Qaz Dəhlizi ilə birləşdirəcək, təbii qaz mənbələrinin və tədarük marşrutlarının real şaxələndirilməsini təmin edəcək”, – deyə o, qeyd edib.

T.Petkovanın sözlərinə görə, şaxələndirmə Bolqarıstan üçün əsas prioritetdir: “Çünki, bu, rəqabətqabiliyyətli qiymətlər və rəqabətə davamlı iqtisadiyyat deməkdir”.

IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. Trans-Adriatik Boru Kəmərinə (TAP) qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni dəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər