-1 C
Baku
Sunday, December 15, 2024

Bolqariya haqqında faktlar I hissə

1.Bolqarlar xaricilərə qarşı çox tolerantdırlar.

2. Burada ümumi orta təhsil 7 sinif davam edir. Daha sonra isə şagirdlər riyaziyyat  v ana dilindən imtihan verərək gimnaziyalara daxil olurlar. Gimnaziya təhsilinin 8-ci sinfində bütün təhsil müəssisələrində ingilis dili və digər fənnlər tədris olunur

3. Bolqarların sevimli alkoqol içkiləri rakiyadır. Burada müxtəlif növ rakiyalar mövcuddur. Məslən, üzüm, gavalı, armud rakiyaları və s.

4. Bir bolqar işçisinin standart axşamı:masanın üzərində salat, rakiya və televizorda futbol. İsti yeməklərdən bolqarlar kələm ilə donuz ətin üstünlük verirlər.

75-4

5. Qəhvə bolqarların milli içkisi hesab edilir.

6. Bolqarıstanda Georgiy günü milli bayram hesab edilir. Bu bayramı bolqarlar 6 mayda qeyd edirlər. Bu bayramda bolqarlar qohumlarını ziyarət etmək üçün kəndlərə gedirlər və milli mətbəx nüminələrindən dadırlar.Bayram günlərində paytaxt küçələrində demək olar ki, avtomobil olmur.

7. Burada şaqlara demək olar ki hər şeyə icazə verirlər.

8. Belə bir fikir formalaşıb ki. Bolqarıstanın kəndlərində bolqarlar ikiüzlü və yaltaq olurlar.

Burada varlı şəxsləri sevmirlər.

9. Əgər bir bolqara nəsə lazımdırsa, o, sizi “bezdirəcək”, amma öz istədiyinə nail olacaq.

10. Bununla yanaşı əgər siz bolqar dilində bəzi sözləri səhv tələffüs edirsizsə, bolqarlar heç vaxt bunu sizə irad ttmayacaqlar.

Son xəbərlər
Digər xəbərlər