23 C
Baku
Cümə axşamı, Sentyabr 23, 2021

“Bolt” $4.75 mlrd. qiymətləndirmə ilə $713 mln. investisiya cəlb edib

Screen Shot 2021 09 02 at 14.34.20

Estoniyanın “Bolt” şirkəti 4.75 milyard dollar qiymətləndirmə ilə 713 milyon dollar investisiya cəlb edib.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “CNBC” məlumat verib. Bildirildiyi kimi, şirkətin əsas investorları “Sequoia”, “Tekne”, “Ghisallo” və “G Squared”, “D1 Capital”, “Naya” olub.

Şirkət toplanan vəsaiti “Bolt Food” ərzaq çatdırılma xidmətinin inkişafına yatırmağı planlaşdırır. Xüsusilə, fəaliyyətini İsveç, Portuqaliya, Xorvatiya və Rumıniya daxil olmaqla on Avropa ölkəsində genişləndirilməsi nəzərdə tutulur. Xatırladaq ki, 2021-ci ildə xidmət Ukrayna daxil olmaqla Avropanın 40-a yaxın ölkəsində fəaliyyət göstərir.

Əvvəlki maliyyə raundu bu ilin mart ayında olub. “Bolt” Dünya Bankının maliyyə korporasiyasından 20 milyon avro investisiya cəlb edib.

Digər ölkələr olduğu kimi, “Bolt” da koronavirus pandemiyasının başlaması ilə əlaqədar bir sıra çətinliklərlə üzləşib. Buna baxmayaraq, son aylarda vəziyyət bir qədər sabitləşib. 2021-ci ilin avqustunda “Bolt” Avropa və Afrikada 75 milyon istifadəçiyə sahib olduğunu açıqlayıb.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər