15 C
Baku
Friday, October 18, 2024

“Bolt Food” da Azərbaycan bazarına gəlir

Hazırda Bakı şəhərində yemək sifarişi və çatdırılması üzrə fəaliyyət göstərən restoranlar və onlayn xidmətlər günü-gündən artır. Onlayn platformalar da artıq kifayət qədər aktivləşib. Rəqabət getdikcə güclənir.

Banker.az xəbər verir ki, Azərbaycana daha bir online platforma aktiv yemək çatdırılması xidməti göstərən şirkət daxil olur.

Bu şirkətin adı “Bolt Food Azerbaijan”dır. “Bolt Food Azerbaijan” taksi şirkəti olan “Bolt”un ən son xidmətidir.

Onu da qeyd edək ki, Azərbaycanda Wolt, 189 Delivery, Hungry.az və digər yemək çatdırılma şirkətləri fəaliyyət göstərir.

bff

 

Son xəbərlər
Digər xəbərlər