4 C
Baku
Friday, February 23, 2024

Bolt sürücülərinin kart bəlası və müştəridən tutulan ƏDV

Artıq heç kim üçün sirr deyil ki, Bolt kimi taksi şirkətlərində işləyən taksi sürücülərinin ən qorxulu yuxusu məhz kartla ödənişdir. Halbuki, bu tip sistemlrin yaranmasını səciyyələndirən, ondan istifadə edən müştərilərin işini rahatlaşdıran aspekt məhz elə bu xidmətin ödənişini kart vasitəsi ilə ödəmələridir.

Bəs necə olduki bu “plan” Azərbaycanda iflasa uğradı?

Əsas səbəb, sürücülərin kartla edilmiş ödənişləri nağdlaşdıra bilməməsidir. Sürücülər şikayət edərək bildirirlər ki, kart ödənişləri üzrə vəsaiti onlar şirkətdən ala bilmirlər – bu proses düzgün təşkil edilməyib. Sürücülərin yeganə çıxış yolu, kart ilə edilmiş ödənişləri sonradan nağd ödənilmiş gedişlərlə kompensasiya etməkdir. Yəni əgər, taksi sürücüsü gediş haqqını nağd şəkildə alıbsa, o zaman onun şirkətdəki balansında mənfi yaranacaq (yəni şirkətin faizini şirkətə verməlidir), lakin sonradan kartla ödəniş aldıqda şirkət bundan əvvəlki faizi həmən vəsaitdən silir. Lakin bütün bunlar sürücüləri məmnun etmir. Hər kəs Bolt şirkətinin işi təşkil etməsindən şikayətlənir.

Bolt-un digər dərdi olan ƏDV tutulmaları

 Digər taksi xidməti göstərən şirkətlərdən fərqli olaraq, Bolt şirkəti tərəfindən göstərilmiş xidmətin bank kartı vasitəsi ilə ödədikdən müştəridən əlavə olaraq ƏDV tutulur. Bu məbləğ xidmət haqqından əlavə hesablanır. Təbii ki, bu məbləğ şirkətə yox Vergi Xidmətinə ödənilir. Lakin digər şirkətlərdə bu olmadığı halda Bolt şirkətində niyə bu hal baş verir? Cavabı isə sadədir – Bolt şirkətinin hesabları xaricidə yerləşir və Azərbaycan Respublikasının Vergi qanunvericiliyinə görə, xarici hesablara xidmət üçün ödənilən vəsaitlərdən 18% ƏDV tutulmalıdır. Bolt Azərbaycanda artıq neçə ildir fəaliyyət göstərməsinə baxmayaraq, bu hesabları Azərbaycana gətirməyə tələsmir və istifadəçilər məcbur qalıb bu ƏDV məbləğini ödəyirlər. Belə bir hal həm Bolt-a həmdə Vergi Xidmətinə sərfəlidir – lakin istifadəçi üçün əlavə xərcdir. Yeri gəlmişkən, eyni problem Uber şirkəti tərəfindən tutulmalardada ilkin dövrdə var idi, lakin şirkətin Azərbaycandakı biznesi Yandex tərəfindən alındıqdan sonra bu məsələ həll edilmişdir.

Bolt Azərbaycanın nümayəndəsi Naim Əzizovun bildirdiyi məlumata görə, qeyd olunan vəsaitlərin alınması üçün sürücülər VOEN açmalı və bankda bu VOEN-ə bağlı sahibkar hesabı açıb Bolt şirkətinə təqdim etməlidirlər. Bu tələbin Vergilər Xidməti tərəfindən tələb olunduğu bildirilir.

 

Son xəbərlər
Digər xəbərlər