6 C
Baku
Saturday, December 14, 2024

Bölüşmək bacarığı

Bir gənc qadın aeroportda öz reysini gözləyirdi. Onun reysi gecikirdi və təyyarəsini gözləyərək aeroportda bir neçə saat vaxt keçirməli olur. O, vaxtın keçməsini gözləyərkən bir kitab və bir qab peçenye alaraq oturacaqda oturur. Qadının yanında isə jurnal oxuyan bir kişi oturmuşdu. Peçenye qabı onların arasında olan oturacaqda idi. Qadın bir peçenye götürür, kişi də birini götürür! Bu qadını qıcıqlandırır, lakin o, heç nə demir və kitab oxumağa davam edir. Hər dəfə qadın peçenye götürəndə, kişi də bir peçenye götürürdü. Qadın çox əsəbiləşir, lakin gözləmə zalında dava salmaq istəmir.

Qabda bir peçenye qaldıqda qadın fikirləşdi ki, görəsən bu kişi indi nə edəcək. Kişi sanki qadının fikirlərini oxuyur, o, peçenyeni götürür, iki yerə bölür və başını jurnaldan ayırmayaraq yarı peçenyeni qadına uzadır.

Bu an qadının səbr kasası dolur və o, əşyalarını götürərək yerindən qalxır və gedir.

Daha sonra qadın təyyarəyə minəndə çantasını açır və orada bir qab peçenye görür. Onun birdən yadına düşür ki, o, peçenye aldıqdan sonra onu çantasına qoymuşdu.

Və qadının əsəbiləşdiyi kişi əslində qəzəblənməyərək öz peçenyesini onunla paylaşırmış.

Son xəbərlər
Digər xəbərlər