24 C
Baku
Saturday, July 5, 2025

“Bona Dea” donor əməliyyatları həyata keçirəcək

Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilib.

Banker.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

7 yanvar 2020-ci il tarixli 4 nömrəli Qərara əsasən, Bona Dea Beynəlxalq Xəstəxanası ürək, böyrəklər, qaraciyər, mədəaltı vəzi, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası donor orqanlarının götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısına daxil edilib.

Son xəbərlər
Digər xəbərlər