21 C
Baku
Friday, September 30, 2022

“Booking” Barselonada iş yerləri açır

“Booking.com” turizm şirkəti Barselonadakı ofisini genişləndirir. Kataloniya paytaxtındakı müştərilərə texniki dəstək heyətini yaxın üç ayda 100 nəfər artırmaq planlaşdırılır. AZƏRTAC xəbər verir ki, yeni əməkdaşlar şirkətin “IT [email protected]” rayonunda yerləşən ofisində işləyən 600 əməkdaşa qoşulacaq.

“Booking” rəhbərliyindən bildiriblər ki, şirkət Kataloniyanı iqtisadi fəaliyyətlə turizm fəaliyyətinin birləşdiyi, gəlirləri artırmağa və yeni iş yerləri yaratmağa imkan verən ən mühüm hablardan biri kimi nəzərdən keçirir.

Şirkətdən onu da bildiriblər ki, Kataloniyada işləmək üçün əsas amillərdən biri insan resurslarıdır. “Booking” Kataloniyanı “xarici sərmayələri cəlb etmək nöqteyi-nəzərdən Avropanın ən dinamik regionlarından biri” adlandırıb. Məlumatda deyilir ki, muxtar qurumda ümumi daxili məhsulun 12 faizi turizm sahəsinin payına düşür. Kataloniya əhalisinin 13,6 faizi bu sahədə çalışır.

AzerTag

Son xəbərlər
Oxşar xəbərlər