Mənzillərin bron edilməsi xidməti “Booking.com” Rusiyada fəaliyyətini dayandırıb. Qeyd olunduğu kimi, xidmət artıq Rusiya daxilində mənzil bron etməyə imkan vermir.
Banker.az xəbər verir ki, fevralın 4-ü məlum olub ki, ən böyük bron xidmətlərindən biri olan “Hotels.com” da Rusiyadakı fəaliyyətini dayandırır. 2022-ci il 31 mart tarixindən sonra Rusiya istifadəçilərinin müraciətləri qəbul edilməyəcək.
Martın 4-ü qısamüddətli icarə xidməti “Airbnb” də Rusiya və Belarusda fəaliyyətini dayandırdığını açıqladı.