21 C
Baku
Thursday, May 9, 2024

Booz & Company və PwC şirkətləri birləşdiriləcək

PricewaterнouseCoopersnşirkəti genişlənir.  Booz & Company şirkətinin partnyorları PwC qrupu ilə birləşmək planlarını təsdiq etdilər və müqavilə 2014-cü ilin mart ayında həyata keçirilicək.

PwC şirkətinin prezidenti Dennis Nelli müqaviləni şərh edərək qeyd etmişdir ki, şirkətlərin birləşdirilməsi müştərilərə xidmət diapozonunu genişləndirmək imkanı verəcək və əməkdaşlar üçün geniş imkanlar yaradacaq. Booz & Company şirkətinin icra edici direktoru Çezare Maynardi isə bildirmişdir ki, partnyorların strateji və əməliyyat konsaltinqini birləşdirərək aparıcı dünya şirkətini yaradacağından əmindir.

PwC dünyanın ən böyük konsaltinq şirkətlərindən biridir və dünyanın 157 ölkəsində təmsil olunur. Maliyyə ilinin hesabatlarına görə isə onun mənfəəti 32 milyard dolları keçmişdir. Booz & Company isə maliyyə nəticələrini açıqlamır. Onun əməkdaşlarının sayı isə 3 min nəfərdən çoxdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər