23 C
Baku
Saturday, September 24, 2022

Borc öhdəliyi üzrə faizlərin gəlirdən çıxılması necə tənzimlənir?

Müəssisə 100 000 manat məbləğində kredit götürüb. İllik 15%-lə götürülmüş kreditin müddəti üç ildir. Bu halda faiz məbləği cari ildə xərc kimi tanınır, yoxsa hər il bitdikdə həmin ilə düşən faiz məbləği xərc kimi tanınır?

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, alınmış borclar hüquqi şəxsin sahibkarlıq fəaliyyəti ilə bağlı olduğu halda həmin borclar üzrə ödənilən faizlər hüquqi şəxsin gəlirdən çıxılan xərclərinə aid edilir. Bu zaman borc öhdəliyi üzrə faizlərin gəlirdən çıxılması Vergi Məcəlləsinin 133-cü və 136-cı maddələri ilə tənzimlənir.

Vergi Məcəlləsinin 133.4-cü maddəsinə uyğun olaraq borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirilərkən, əgər borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən faizlərin (icarə haqqının) məbləği həmin il üçün hesablanan faizlərin (icarə haqqının) məbləği deməkdir.

Vergi Məcəlləsinin 136.3-cü maddəsinə görə borc öhdəliyi üzrə faizlər və ya əmlakın icarə haqqı ödənilərkən borc öhdəliyi və ya icarə müqaviləsi üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə bölüşdürülür.

Əsas: Vergi Məcəlləsinin 133-cü və 136-cı maddələri

Son xəbərlər
Oxşar xəbərlər