19 C
Baku
Wednesday, October 2, 2024

Borca girənlərin sayı yenə çoxaldı

Ötən ay ilə müqayisədə bank müştəriləri 3 % artıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, hazırda bank müştərilərinin sayı 4 505 563 nəfər təşkil edir. Ötən ay ilə müqasiyədə artım olmasına baxmayaraq, ilin əvvəli ilə müqayisədə müştərilərin sayı 8% azalıb.

Həmçinin müştərilərin 4 414 764 nəfəri fiziki şəxslər, 90 799 nəfəri hüquqi şəxslər, 103 230 nəfər isə sahibkarlıqla məşğul olan şəxslərdir. Belə ki, hazırda ən çox artım fiziki şəxslər üzrə olub ki, bu artım da 121 955 nəfər təşkil edir. Ö cümlədən hüquqi şəxslər üzrə artım 827 nəfər, sahibkarlıqla məşğul olan şəxslər isə 12 183 nəfər artıb.

Son xəbərlər
Digər xəbərlər