Bir çox hallarda vətəndaşlar xaricə getmək istəyərkən, sərhəd və gömrük keçid məntəqələrində ölkədən çıxışlarına məhdudiyyət qoyulduğu məlum olur. Məhdudiyyət vergiyə və banklara olan borcla, həmçinin hər hansı cinayət işinin araşdırılması məqsədilə qoyula bilər. Qəfildən sərhəddə belə halla rastlaşmaq isə vətəndaşların işini xeyli çətinə salır. Planlaşdırılmış işlər qalır, alınan biletlər qaytarılmalı olur, bir çox halalrda isə “batır”.
Ədliyyə Nazirliyinin istifadəyə verdiyi elektron xidmət vasitəsilə isə ölkədən çıxışınıza qadağa qoyulub-qoyulmadığını səfərə çıxmazdan öyrənə biləcəksiniz. “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi” adlanan xidmət pulsuzdur.
Vətəndaşlar bu linkə daxil olaraq sadəcə öz şəxsiyyət vəsiqələrinin seriya və nömrəsini daxil etməklə adlarının ölkədən çıxışına qadağa qoyulanlar arasınlda olub-olmadığını öyrənə bilərlər.
Bizimyol.info