Borcla bağlı stresdən çıxmağın yolu

0

Pulla bağlı olan problemləri, bir başa həll edin

Bir çox insanlar banklara borcu olduğu zaman və ya ümumiyyətlə borcu olduğu zaman, onun hissə-hissə ödəməklə  qapadır. Amma bu çıxış yolu deyil. Adi bir banka borcunuz varsa, siz onu bankın sizə verdiyi kredit kağızında yazılana uyğun ödəyirsiniz. Bununla da, siz öz büdcənizə ziyan vurursunuz. Təsəvvür edin ki, siz gəlirinizin aylıq kredit borcuna ödədiyiniz məbləği, hər dəfə az bir miqdarda daha çox artırsanız bu halda siz daha tez bu borcdan qurtula bilərsiniz. Bununla da həm də az kredit faizi ödəyəcəksiniz bu isə, sizin büdcənizi qənaət edəcək. Bəzən insanlar yalnız aylıq borc nə qədərdir, o məbləği də ödəyirlər. Amma bununla öz ciblərinə ziyan vururlar.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Sizə nə qədər lazımdır, o qədər də xərc edin

Bəzi insanlar bu sözdən çəkinirlər. Yəni niyə mən nə qədər lazımdır o qədər xərcləməliyəm? Belə etsəm mən, müəyyən şeylərdən məhrum olacam. Yadıma bir əhvalat düşdü. Günlərin bir günü bir evə qonaq getmişdim.  Mövzu qənaət mövzusuna gəldi çıxdı. Azərbaycanda isə qənaət etməsən, borc içində bata da bilərsən. Ev sahibi qeyd edirdi ki, bu günə kimə mən heç kəsdən borc almamışam. Mən hər zaman gəlirim və çıxarımı planlaşdırıram. Hətta ehtiyata, çalışıram pul atam. Fikirləşdim ki, görəsən bu ailə, öz büdcəsini necə idarə edir ki, hələ bir ehtiyata da pul atır? Ev sahibinə bununla bağlı sual verdim. Qeyd etdi ki, mən gəlir əldə etdikdə dərhal mağazaya qaçmıram. Birinci kommunal borcları verirəm. Çünki mənim həyat tərzimin və işimin yüngül olması üçün bu vacib amillərdən biridir. Sonra isə, vacib məhsulları marketdən alıram. Şəxs qeyd edirdi ki, elə anları olub ki, adi bir şorba ilə 3-4 gününü yola verib. Amma ac qalmayıb. İnsan istəsə, öz işini elə qurar ki, borca düşə də bilməz. Sadəcə özünün işini qurmağından aslıdır. Amma bəzi hallar olur ki, səndən aslı olmayan səbəblər də olur. Misal üçün qəftələn xəstələnmə və bunun üçün dərmanların alınması və sair amillər. Amma bu istisnaları qırağa qoysaq, ümumilikdə öz büdcəmizə dərindən baxsaq, o halda borc stresinə düşməyə bilərik.

Özününzün qeydinizə qalın

İstənilən şəxs əgər öz sağlamlığının, istər bu psixiki olsun, istər fiziki qayğısına qalırsa, o borca düşdükdə belə, problem yaşamayacaq. İstənilən insan əgər borcu özünə problem edirsə, deməli özü-özünü psixoloji və fiziki baxımdan məhv edir. Bəzi insanlar var ki, səhər durub təmiz havada gəzməyə ərinirlər. Gəzdikdə belə, öz maddi çətinliklərini düşünürlər. Bu halda problem daha da böyüyür. İnsan təmiz havada gəzdikdə, beynə imkan verməlidir ki, istirahət etsin. Fikirlərini yalnız pozitiv enerjiyə yükləməlidir. Bu halda o, mənəvi rahatlıq tapacaq. Siz artıq mənəvi cəhəddən, həm də fiziki cəhəddən sağlam olaraq, düşdüyünüz çətin yolda sarsılmayacaqsanız. Maddi sıxıntı zamanı özünüzü psixoloji baxımdan ən yaxşı yerdə olduğunuza yükləyin. İnsanın özündə inam hissi bütün çətinliklərin bir nömrə açarıdır. Özünüzü inandırın ki, bu problem sadəcə adi bir problemdir. Bunun öhdəsindən asanlıqla gələcəm. Özünüzə dərd edəcəyiniz bir iş, sizi tez-gec məhv edəcək.

Professional məsləhət

Azərbaycanda bir çox şəxslər, kredit götürdükdə peşakar mütəxəssislərə müraciət etmirlər. Bununla da, banklar tərəfindən aldanılmış olurlar. Ola bilər nisyə əşya götürsünlər, sələməyə pul götürsünlər fərq etmir, istənilən halda peşakar şəxslərə müraciət etdikdə, sonradan problemin yaşanması faizi çox aşağı düşür. Düzdür bəzən peşakar xidmət göstərən şəxslər arasında da, fırıldaqçılara rast gəlmək olar, amma bunun yaşanmaması üçün sorağlaşmaq lazımdır. Tam etibar ediləsi adamla iş görmək lazımdır. Belə olan halda, siz yox, müqavilə bağladığınız şəxs məsuliyyət daşıyır. ABŞ-da hər bir işi, onun mütəxəssisinə tapşırıllar. Səbəb odur ki, peşakar olan şəxs bütün incəlikləri bilir.  Belə olan halda, vətəndaşda sığortalanmış olur.

Rauf  Qarayev
İqtisadçı – ekspert