25 C
Baku
Friday, April 19, 2024

Borclar müxtəlif ölkələrdə necə yığılır?

Borc–həmişə problemdir. Probləmləri isə həll etmək lazımdır. Bəzən bunu müstəqil şəkildə etmək alınmır. Belə hallarda mütəxəssisə, daha dəqiq desək, bu işinin peşəkarlarına müraciət etmək lazım gəlir. Çünki elə borclar və elə problemlər olur ki, bunun öhdəsindən gəlmək tək adamın edə biləcəyi bir iş olmur. Borclar ilə bağlı probelmləri həll edən peşəkarlara isə kollektor deyirlər. Banklar onlara müraciət edir və artıq öz problemləri haqqında unudurlar. Banklar üçün kollektor -elə problemin həlli, borcalan üçün isə daha bir problem deməkdir. Borcgötürən şəxs üçün çıxış yolu təmiz başqa cür olmalıdır. Əvvəlcə bankdan möhlət müddəti almaq, borcun restrukturlaşması (təkrar kreditləşmə), ədələtsiz komisyon haqlarının ləğv edilməsi, qədərindən artıq miqdarda təyin edilən cərimələr barədə danışıqlar aparmaq lazımdır. Bundan sonra öz maliyyə probleminizi həl edərək, tədricən borcunuzu ödəyə bilərsiniz.

Amma bankla razılığa gəlmək heç də həmişə mümkün olmur. Belə halda siz kömək üçün kollektora deyil, məhkəməyə müraciət etməlisiniz. Məhkəməyə müraciət etməklə borcalan daha çox uda bilər, nəinki borcverən, yəni bank. Əgər hansı isə bir səbəbə görə məhkəməyə getmək istəyiniz yoxdursa, kollektorlar isə bütün hədəqələri aşırlarsa, onda antikollektora müraciət etmək olar. Əgər kollektor kobra ilanıdırsa, onda antikollektor bu paralel aləmdə onun qənimi olan manqustdur. Kobra olduqca güclüdür, amma manqustun da gizli sihahı var, bu onun sehrli sıçrayışıdır, antikollektora gəldikdə isə bu silah bir qayda olaraq mülki və ya cinayət məcəlləsidir. Antikollektor və kollektor arasındakı mübarizəni kənardan izləyəm vətəndaş nəinki öz problemini həll etmir, həm də eyni zamanda bütün müddət ərzində antikollektorun xidmətlərini ödəməli olur. Son nəticədə, necə deyirlər, ara qarışır, məssəb itir, bütün bunlar isə heç də təəccüblü deyil.

Digər tərəfdən kreditin qaytarılması ilə bağlı eyni problemlər dünyanın istənilən bir bölgəsində, vətəndaşlığından və milli mənsubiyyətindən asılı olmayaraq istənilən borcgötürənlə bağlı yaşana bilər. Bəlkə də yeganə istisna Yaxın Şərqdir, çünki burada biznes üçün kredit götürsən və o sonra biznes alınmasa onu qaytarmamağa icazə verilir. Bu ölkələrdə banklar öz mənfəətləri üçün deyil, insanlar üçün işləyirlər, bu isə qeyri normaldır, digər ölkələrdə isə banklar necə lazımdır işləyirlər, yəni mənfəət üçün və heç kəs borcları bağışlamır. Yəni əgər siz kredit götürmüsünüzsə hətta amerikan olsanız belə onu qaytarmalı olacaqsınız. Əgər siz amerikansınızsa, sizin doğma bankınız sizə heç bir güzəşt etməyəcək və dərhal kollektora müraciət edəcək. Əlbəttə o dəqiqə yox, son ödəniş anı ilə bankın səbrinin tamamı ilə tükənəcəyi müddətə qədər xeyli zaman məsafəsi keçməlidir.

Azərbaycanda bu müddət «gözə yarı» müəyəyn olunur. Bank borcun ödənilməsini özü də tələb edə, həm də borcgötürənə müəyyən möhlət müddəti verə bilər. Amerikada isə bank borcalan ilə heç ümumi dil tapmağa çalışmayacaq, kreditə görə borclanmanın meydana çıxdığı andan etibarən 90 gün ərzində borc ödənilməzsə, borc ya tamamı ilə kollektorlara satılır, ya da onlar buna görə müəyyən xidmət haqqı, mükafat alırlar – bu komisyon haqlar borc məbləğinin 20%-nə qədər gəlib çıxa bilər. Yəni banklar borcun geri ödənilməsini heç vaxt özləri tələb etmirlər. Amma Azərbaycan bankları kollektora müraciət etməyə tələsmir, çünki bu onların nüfuzuna, reputasiyasına mənfi təsir göstərə bilər. Bəs nəyə görə Amerikan bankları öz reputasiyalarına bu qədər qeyri ciddi yanaşırlar, nəyə görə heç bir tərəddüd etmədən borcları kollektorlara satırlar? Çünki ABŞ-da kollektorların fəaliyyəti «Borcların yığılması ilə bağlı vicdanlı davranış» haqqında qanunla tənzimlənir, bu qanun ABŞ-da 1978-ci ildə qəbul edilib, Azərbaycanda isə kollektor özü hələ təzə açılıb və onun fəaliyyətini tənzimləyəcək də qanun yoxdur.

Amerikanın «Borcların yığılması ilə bağlı vicdanlı davranış» haqqında qanuna əsasən kollektorlar borcalana hədə qorxu gələ bilməz, onlara yalnız gün ərzində, səhər vaxtı zəng edə bilər. Həmçinin iş yerinə zənglər də qadağan edilə bilər, əgər bu işçinin iş yerindəki reputasiyasına mənfi təsir göstərə və ya onun həmkarları və elə cləcə də rəhbərlik ilə olan münasibətlərini korlaya bilərsə belə zənglərin edilməsi qadağandır. Amerikan bankları vətəndaşları məhkəməyə müraciət etməklə hədələyə bilməz. Əlbəttə onların məhkəməyə müraciət etmək hüququ var, amma bundan ötrü kifayət qədər ciddi və tutarlı səbəblər lazımdır. Bununla yanaşı, əgər kollektorun həqiqətən məhkəməyə müraciət etmək fikri yoxdursa, bunu sadəcə hədə-qorxu etmək naminə istifadə edə bilməz, bu qanunla qadağandır. Həmçinin ABŞ-da borc götürən bir kollektor ilə iş görməli olur, onun borcunun bir kollektordan digərinə satılması halı çox da müşahidə olunmur (qeyd edək ki, qonşu Rusiyada vəziyyət başqa cürdür, borcgötürən gözünü açmağa macal tapmamış onun borcu bir kollektordan digərinə ötürülür. Bundan əlavə həmin ölkədə sözü gedən sahədə fırıldaqçılıq halları həddindən artıq çoxdur. Birdə görürsən kollektora ödəniş etdikdən sonra məlum olur ki, vətəndaş hələ də borcu banka qaytarmalı imiş).

Buna görə də ümumilikdə yanaşdıqda, Amerikan Kollektoru , bu borcgötürənə onun problemini həll etməyə kömək etməyə çalışan bir köməkçidir. ABŞ-da kollektorlar borcgötürənin maliyyə vəziyyətini araşdırır, ondan baş çıxarmağa çalışır, konsultasiyalar keçirir və borcun qaytarılması ilə bağlı müxtəlif variantlar tərtib edirlər.

Qoca Avropaya gəldikdə isə burada kollektorlar daha gec yaranmışdır, amma buna rəğmən onlar okeanın o tərəfində fəaliyyət göstərən həmkarlarının bütün müsbət cəhətlərinin özlərində cəmləmiş, bir az da «yerli kolorit» əlavə etmişlər. Məsələn Almaniyada xüsusi kollektorlar assosiasiyası vardır və banklar yalnız bu quruma üzv olan kollektorlar ilə çalışırlar. Amma Böyük Britaniyada isə əlavə lisenziyaya ehtiyac yoxdur, bankların hansı isə bir assosiasiyaya üzv olması da tələb olunmur, amma banklar yalnız könüllü olaraq lisenziya prosedurasından keçmiş agentliklərə işləməyə üstünlük verirlər.

Son xəbərlər
Digər xəbərlər