İŞÇININ VƏZIFƏSI:
– Kredit ödənişlərində olan gecikmə səbəblərinin araşdırılması
– Gecikmələrin azaldılması üçün müvafiq tədbirlər planın ın hazırlanması və onun icrası
– Kredit ödənişlərini gecikdirən müştərilərlə daxili prosedurlara və qanunvericiliyə uyğun aktiv işləməsi (mümkün əlaqə vasitələrindən istifadə etməklə borclu/müştəri, həmçinin zaminlə əlaqə saxlamaq, ehtiyac yarandığı halda müvafiq ünvalarına getməklə şəxsən görüşmək)
– Borclunun və ya mülkiyyətçinin axtarılması üçün mümkün tədbirlərin həyata keçirilməsi
– Borclunun ödəmə qabiliyyətinin təhlil edilməsi və borclu ilə birlikdə həll yollarının tapılması
– Kredit ödənişlərini gecikdirən müştərilərin məhkəməyə qədər olan bütün zəruri işin aparılması.
– Müştəri tərəfindən edilən ödənişlərə şəxsən nəzarət edilməsi
– Borcların bərpasına dair hesabatların hazırlanması
TƏLƏBLƏR:
– Xüsusi tələblər: stressə davamlılıq, inandırmaq qabiliyyəti, insanların psixologiyasını bilməsi, detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, m üxtəlif tipli insanlarla rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll edə bilmə bacarığı)
– İş stajı : kreditləşmə, problemli kreditlərdə və oxşar sahələrdə ən azı 1 il iş stajının olması
– Yaş həddi: minimum 25
– Məsuliyyətli, operativ,dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
– Təhsil : Hüquq təhsili olanlara üstünlük verilir
– Sürücülük bacarığı və mütamadi olaraq müxtəlif regionlara səfər etmək imkanının olması
Maraqlanan şəxslərdən, CV-lərini mövzu yerində vakansiyanın adını qeyd etməklə [email protected] -mail ünvanına göndərmələri və ya Rabitabankın saytında CV formasını dolduraraq müraciət etmələri xahiş olunur
Əlaqə vasitələri:
E – mail : career@rabitabank.com
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır. Uyğun görülən namizədlərdən əvvəlki iş yerlərindən tövsiyyə məktubları (xasiyyətnamə) tələb oluna bilər.