13 C
Baku
Friday, November 22, 2024

Borclu halda yenidən kredit götürmək olarmı?

Kreditləşmənin inkişaf etməsi ilə bir çox insanlar borc içərisində yaşamağa öyrəşib.

Bununla yanaşı bir sıra borc alanlar bir kredit götürməklə kifayətlənmirlər. Banklar müştəriləri növbəti kreditin alınmasından qorumağa maraqlı deyillər. Sizin digər banklara borcunuz olduğu halda əlavə nə qədər kredit ala bilərsiniz? 

İlkin olaraq, müxtəlif bankların kredit vermə şərtlərini diqqətlə öyrənin. Nəzərə alın ki, hər bir kreditin bağlanılması kredit tarixçəsində qeyd olunur. Buna görə kredit inspektoru ilə müsahibəyə getməmişdən ömcə digər kredit borclarınız haqqında suallara yaxşı hazırlaşın.

Hətta ekspress kreditlərin verilməsi zamanı belə banklar müştərinin digər borclarının olub olmadığını yoxlamaq üçün onların kredit tarixçilərinə baxırlar. Əgər kredit götürən borc olduğu haqqında faktı gizlədibsə, ona yəqin ki, kredit verməyəcəklər. Bundan savayı, kredit tarixçəsində sizin bankı aldatmaq cəhdiniz də qeydə alınacaq.

Ödənilməmiş borc haqqında kreditora demək lazımdır. Əgər sizin istehlak və yaxud avtomobil kreditinə görə borcunuz varsa, siz yəqin ki, ipotekaya görə kredit ala bilməyəcəksiniz. Lakin hər bir müştərinin kredit tarixçəsinə fərdi olaraq yanaşırlar. Bunun üçün banklar kredit götürənin aylıq gəlirlərini, xərclərini və kredit yükünü də qiymətləndirirlər.

Lakin bəzi banklar bu amillərə diqqət yetirmirlər və 2- 3 borcu olan müştərilərə belə kredit verirlər. Kreditorlar öz risklərini yüksək faiz dərəcələri və zəmanət formalaşdırmaqla təzminat edirlər. Kredit götürən krediti ödəyə bilmədiyi halda isə ondan onun girova qoyulmuş mülkiyyətini müsadirə edirlər.

Müştərinin borcu olduğu halda kreditləşmənin digər üsulu da mikro maliyyə təşkilatlar və lombardlardır. Bu müəssisələr kredit götürənin kredit tarixçəsi ilə maraqlanmadıqları üçün ödənilməmiş kreditlər haqqında xəbər tutmurlar. Kreditin bağlanılması prosesi asan olduğu üçün faiz dərəcələri və kreditin ödənilməsi müddəti qısa olur. Buna görə bu kreditləşmə üsullarını borclarınızı ödəmək üçün ən son variant kimi hesab etmək lazımdır.

Son xəbərlər
Digər xəbərlər