Dollarla kredit götürmüş şəxslər devalvasiyadan sonra banklara ödəniş etmirlər. Borcların silinəcəyi və ya köhnə məzənnə ilə ödəniləcəyi ilə bağlı yayılan şayiələr səbəbilə çoxları gözləmə mövqeyi tutub.
Banker.azın Qafqazinfoya istinadən verdiyi məlumata görə, xezerxeber-in şəhərdə keçirdiyi sorğu nəticəsində də məlum olub ki, vətəndaşlar Mərkəzi Bankın vahid qərar verəcəyini gözləyirlər. Kimi ödəniş məbləği artdığına görə banka borcunu qaytara bilmir, kimi də imkanı olsa belə, ona güzəşt olunacağını gözləyib öhdəliyini yerinə yetirmir. Nəticədə dekabr ayının ödənişləri gecikir.
Mərkəzi Bankın tövsiyəsinə əsasən isə, hər bank öz imkanlarına uyğun müştərilərinə güzəşt edəcək.
Yəni, hamı üçün ortaq qərarın veriləcəyi gözlənilmir. Bankların təklif etdiyi güzəştlərlə razılaşmayıb ödənişdən yayınanlarla bağlı isə hüquqi tədbirlər görüləcək.
[su_youtube url=”https://www.youtube.com/watch?v=X9D7suZTCAI”]