13 C
Baku
Saturday, November 23, 2024

Borcu ödəmədən aksizli malların istehsal binasının hüdudlarından kənara buraxılmasına görə hansı sanksiya tətbiq olunur?

Digər vergi növlərində olduğu kimi aksizlərin ödənişləri ilə bağlı sahibkarların borc öhdəlikləri yarana bilər. Bu halda yaranan problemləri Vergi və Dövlət Qulluğu üzrə Tədris Mərkəzinin rəhbəri Təhməz Qaçayev “vergiler.az”a açıqlayıb.

Vergi Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməlidir.

Misal 1: Siqaret istehsalı ilə məşğul olan vergi ödəyicisi mart ayında 45.000 ədəd siqaret istehsal edib və istehsal binasının hüdudlarından kənara buraxıb. Vergi Məcəlləsinin 190.3.8-ci maddəsinə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin hər 1.000 ədədinə 38,5 manat aksiz dərəcəsi tətbiq olunur. Buna əsasən vergi ödəyicisinin 1.732,5 manat aksiz öhdəliyi yaranır:
45000 : 1000 = 45
45 x 38.5 = 1.732.5 manat.
Aksizin ödənilməsi və hesabatın təqdim edilməsi üçün son müddət növbəti ayın, yəni aprelin 20-dir.
Vergi Məcəlləsinin 191.2-ci maddəsində göstərilir ki, vergi ödəyicisinin aksizin ödənişi üzrə borcu varsa, həmin borc yaranandan ödənilənədək həyata keçirilən vergi tutulan əməliyyatlar üzrə aksizlər bu Məcəllənin 191.1-ci maddəsinin tələblərinə baxmayaraq, həmin əməliyyatların aparıldığı vaxt ödənilir və vergi ödəyicisinin həmin malları bu mallar üzrə aksizi ödəyənədək istehsal binasının hüdudlarından kənara çıxartmağa hüququ yoxdur.

Misal 2: Fərz edək ki, vergi ödəyicisi əvvəlki hesabat dövründən yaranan 1.732,5 manat aksiz borcunu ödəməyib. Birinci misalda ödəyici göstərilən hal üzrə yaranmış borcunu aprel ayının 20-də ödəməyi planlaşdırıb. Eyni zamanda, o, aprel ayının 5-də 30.000 ədəd siqaret istehsal edərək istehsal binasının hüdudlarından kənara çıxarmaq niyyətindədir. Bu halda, aprel ayı üzrə yaranmış borcun ödənilməsi üçün ən gec müddətin may ayının 20-si olmasına baxmayaraq, vergi ödəyicisi həmin mallar üzrə aksiz ödənişini etməli və ondan sonra məhsulu istehsal binasının hüdudlarından kənara buraxmalıdır. Əks halda vergi ödəyicisinə 5.000 manat maliyyə sanskiyasi tətbiq oluna bilər.

Son xəbərlər
Digər xəbərlər