Dünya ölkələri 53 trilyon dollar həcmində borca sahibdirlər. Bu məbləğin 33%-i, yaxud 17,2 trilyon dolları ABŞ-a məxsusdur. BMT-nin verdiyi məlumatlara görə, 195 müstəqil dövlət və bir sıra xüsusi statusa sahib ərazilər müstəqil iqtisadi siyasət aparmaq hüququ verir. Lakin 5 dövlət vardır ki, bu günə qədər borcsuz yaşayır. Bəs bu ölkələr hansılardır?
1. Мakao
Makao – Çin Xalq Respublikasının tərkibində müstəqil dövlətdir və özünü hər şeylə təmin etmək iqtidarındadır. Bu ərazi qumar oyunları vasitəsilə çiçəklənməyə nail olub və artıq çoxdandır ki, gəlir həcminə görə Las-Veqası geridə qoyub. Makao-nun gəliri 2013-cü ildə 45 milyard dollar təşkil edirdi. Makao Las-Veqasdan 5 dəfə böyükdür və burada 556,783 min insan yaşayır. Maraqlıdır ki, Makao-nun rəsmi dillərindən biri portuqal dilidir. Bunun səbəbi isə bu ərazinin uzun müddət portuqaliyalılar tərəfindən idarə olunmasıdır. Makao əhalinin uzun ömürlülüyünə görə dünyada ikinci yerdədir.
2. Britaniyanın Virgin adaları
Birləşmiş Krallığın tərkibinə daxil olan bu adalar öz iqtisadiyyatına sahibdir və əhalinin sayı cəmi 27,8 min nəfər təşkil edir. Virgin adalarının tərkibinə 36 ada daxildir və öz müstəqilliyini 1967-ci ildə əldə edib. Əraziyə kreditlərsiz, borcsuz yaşamağa kömək edən isə turizmdir. Hər il buraya 800 min insan səfər edir və ən əsası isə bura səfər etmək üçün viza tələb edilmir.
3. Bruney
Bruney – Cənub-Şərqi Asiyada ən varlı ölkələrdən biridir. Ölkə 1984-cü ildə müstəqillik əldə edib. Bruney Cənubi Çin dənizin ticarət yoluna yaxın ərazidə yerləşir. Bununla yanaşı ərazi faydalı qazıntılar ilə zəngindir. Ölkənin dini İslam dini olduğundan burada qanunlar çox sərtdir. Bu səbəbdən də turistlərin əksəriyyəti buraya gəlməkdə bir o qədər həvəsli deyillər.
4. Lixtenşteyn
Bu cırtdan dövlət 35 min nəfər əhaliyə sahibdir. Ölkədə vətəndaşlardan çox şirkət qeydiyyatdan keçib və bu da ölkəni lazımınca təmin etmək imkanı yaradır. Bir faktı da qeyd etmək lazımdır ki, əcnəbilər bu ölkənin işçi qüvvəsinin üçdə iki hissəsini təşkil edir. Bunlar almanlar, avstriyalılar, isveçrəlilər, türklər və italyanlardır. Lixtenşteynə yüksək gəliri turizm qazandırır. Cırtdan dövlətdə işsizliyin həcmi cəmi 1%-dir.
5. Palau
Palau – borcu olmadan yaşayan ölkələrə ən yaxşı nümunədir. Bu dövlətin iqtisadiyyatı güclü şəkildə inkişaf etməyib və adambaşına düşən ÜDM-un həcmi cəmi 8,1 min dollardır. Palau çoxlu sayda adanın birləşməsindən ibarətdir və Mikroneziya adlanan qrupa daxildir. Palaunun iqtisadiyyatına əsas gücü verən kənd təsərrüfatıdır. Başqa sözlə desək, vətəndaşlar özləri özlərini doyururlar. Digər əsas sahələr isə balıqçılıq və təbii ki, turizmdir.