Banklar ən aşağı risk səviyyəsi ilə maksimum gəlir əldə etməyə çalışırlar. Bu səbəbdən də onlar iri həcmli kreditləşmə zamanı borcalanı daha dəqiqliklə yoxlamağa çalışırlar. Əks təqdirdə kreditləşmədən sonra borcalanın borcunu qaytarması ilə bağlı ciddi problemlər yaşanır. Banklar etibarsız müştəriləri təyin etmək üçün borcunu qaytarmayacaq olan borcalanların tipik portretini yaratmışdır.
Borcunu qaytarmayan müştərinin tipik portreti necədir?
Bunlar adətən avtomobil kreditini və yaxud ipotekanı ödəmək iqtidarında olmayan 34-36 yaşlı evli kişilərdir. Qadınlara gəldikdə isə bu 38-40 yaşlı kredit kartı istifadəçiləridir. Statistikaya görə problemli kreditlərin sayı günbəgün artmaqdadır. Müştəriləri psixoloji vəziyyətinə görə aşağıdakı kateqoriyalara bölmək mümkündür.
- “anlaşılmaz” – belə insanlar əlaqə yaratmağa həvəssiz olmaqla yanaşı, demək olar ki, məsuliyyətdən və emosionallıqdan məhrum edilmişlər;
- “əlaqəsizlər” – belə insanlar isə zəif psixoloji fəallığa, laqeydliyə, depressiyaya və ətrafda baş verən hadisələrə qarşı passiv münasibətə meyillidirlər;
- “aqressorlar” – onlar aqressiv davranış nümayiş etdirir, asanlıqla mübahisə edir, öz üstünlüklərini sübut etməyə çalışırlar;
- “əsəbilər” – həddindən artıq emosional və hətta isterik olurlar. Lakin bununla belə üstünlüklərini sübut etməyə çalışmadıqları üçün güzəştə gedə bilirlər.