16 C
Baku
Monday, October 14, 2024

Borel Çinin “sülh planı” təşəbbüsünü tənqid edib

Ukraynadakı vəziyyətin nizamlanması üçün Çinin təklifini “sülh planı” adlandırmaq olmaz.

Bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel gəlib.

Onun fikrincə, Çin sənədində qurbanla təcavüzkar eyni səviyyəyə qoyulur.

“Əslində, bu, sülh planı deyil və əsasən Çin rəhbərliyinin məlum tezislərini təkrarlayır, bəzilərini bölüşürük, lakin vacib olanlar çatışmır… artıq aydındır ki, əsas problem ondan ibarətdir ki, bu (Çinin sülh planı – red.), tərəfləri bərabər mövqeyə qoyaraq təcavüzkarı qurbandan fərqləndirmir”, – Avropa diplomatiyasının rəhbəri vurğulayıb.

Diplomat onu da bildirib ki, beynəlxalq ictimaiyyətin böhranlara reaksiyası ya qeyri-adekvatdır, ya da əngəllənir:

“Liderlik və birlik yetərli deyil. Rusiya müharibəsi və Çinlə ABŞ arasındakı gərginlik bizim tez-tez “beynəlxalq qaydalara əsaslanan nizam” adlandırdığımız quruluşu parçalayır”, – J. Borel qeyd edib.

Xatırladaq ki, Çin Xarici İşlər Nazirliyi fevralın 24-də Ukraynadakı müharibənin həlli planını açıqlayıb. Rəsmi Pekin 12 bəndi sadalayır ki, bunlar arasında “soyuq müharibə mentalitetinin” vazkeçmə, suverenliyə hörmət, atəşkəs və sülh danışıqlarının başlanması daxildir.

Pekinin təşəbbüsü Rusiya XİN tərəfindən dəstəklənib. Ukrayna Prezidenti Volodimir Zelenski Çinin təklifinin sülh planı deyil, müharibə haqqında düşüncələrin ifadəsi olduğu qənaətindədir. ABŞ Prezidenti Cozef Bayden isə bu planın ancaq Rusiya üçün yararlı ola biləcəyi fikrindədir.

Son xəbərlər
Digər xəbərlər