15 C
Baku
Friday, March 29, 2024

Borel: “Dünyanın ABŞ-Çin əməkdaşlığına ehtiyacı var”

“ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvan səfərinə Çin hakimiyyətinin reaksiyası qeyri-mütənasib idi”.

Bu sözləri Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borel İspaniyanın “El País” qəzetinə müsahibəsində deyib.

“Mən Bayden administrasiyasının nüfuzlu nümayəndələrinin səfərin şəxsi təşəbbüs olduğunu dediklərini eşitmişəm. Çinin reaksiyası qeyri-mütənasib idi”, – o qeyd edib.

Borel əlavə edib ki, dünyanın ABŞ və Çinin əməkdaşlıq etməsinə ehtiyacı var: “Qlobal problemlər iki böyük dövlətin əməkdaşlığı olmadan həll edilə bilməz. Çünki onlarsız iqlim dəyişikliyi kimi problemlərin həlli yoxdur”.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər