9 C
Baku
Sunday, November 17, 2024

Borel: Qəzzada ciddi irəliləyiş yoxdur

Qəzzada müharibə davam etdikcə regionda stabillik olmayacaq.

Bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borel Aİ Xarici İşlər Şurasının iclasının yekununda mətbuat konfransında deyib.

Ali Nümayəndə bildirib ki, Qəzzada israilli girovların azad edilməsi, dərhal atəşkəs və humanitar yardımın çatdırılmasının asanlaşdırılması istiqamətində ciddi irəliləyiş yoxdur: “Fələstin xalqı üçün fəlakət davam edir”.

Aİ-nin baş diplomatı əlavə edib ki, Aİ XİN rəhbərləri növbəti iclasa İsrailin xarici işlər naziri İsrael Katz və Fələstin dövlətinin hökumət başçısı Məhəmməd Mustafanın dəvət olunması barədə razılaşıblar.

Son xəbərlər
Digər xəbərlər