30 C
Baku
Wednesday, July 17, 2024

Borel “Şimal axını 2”də partlayışların araşdırılmasında çətinliklər olduğunu açıqlayıb

“Şimal axını 2”də partlayışların təhqiqatı hələ də tamamlanmayıb, çünki buna böyük dərinlik mane olur.

Bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borel bəyan edib.

“Bu günə qədər araşdırmalar tamamlanmayıb. Mən başa düşdüyüm kimi, çox çətindir, böyük bir dərinlik var”- deyə, o bildirib.

Qeyd edək ki, sentyabrın 27-də Rusiyadan Avropaya qaz ixracının əsas marşrutu olan “Şimal axını” ilə qazın nəqli tamamilə dayandırılıb. Danimarka və İsveç hakimiyyət orqanlarının məlumatına görə, Bornholm adasının yaxınlığında “Şimal axını”nda iki və “Şimal axını 2”də bir qaz sızması aşkar edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər