-3 C
Baku
Sunday, December 15, 2024

Boris Conson Avropa İttifaqı ilə ticarət müqaviləsinin son imzalanma tarixini açıqladı

Böyük Britaniyanın Baş naziri Boris Conson Britaniyanın Avropa İttifaqı (Aİ) ilə danışıqların son mərhələsinə qədəm qoyduğunu bildirib.

Baş nazir verdiyi bəyanatda bildirib ki, Aİ ilə oktyabrın 15-dək razılaşma olmasa, Britaniya öz yoluna davam edəcək.

“Aİ vaxt cədvəli ilə bağlı çox açıq idi. Mən də. Əgər oktyabrın 15-dək razılığa gələ bilməsək, o zaman aramızda azad ticarət müqaviləsi olacağını görmürəm və biz də bunu qəbul edib yolumuza davam etməliyik”, – deyə Conson bildirib.

Baş nazir deyib ki, razılaşmaya nail olmaq üçün sentyabr ayında da çalışmalar davam edəcək: “Müqavilə olmasa belə, biz Aİ-dən olan dostlarımızla danışıqlara hər zaman hazır olacağıq. Qapımız heç vaxt onlara bağlanmayacaq, biz onlarla dost və tərəfdaş kimi ticarət edəcəyik – lakin azad ticarət müqaviləsi olmadan”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər