21 C
Baku
Şənbə, May 21, 2022

Boris Conson baş nazir kimi ilk dəfə Hindistana səfər edəcək

Böyük Britaniyanın baş naziri Boris Conson aprelin 21-22-də Hindistanda rəsmi səfərdə olacaq.

Bu barədə baş nazirin ofisinin yaydığı bəyanatda deyilir.

Qeyd edilir ki, Consonun Britaniya hökumətinin başçısı kimi Hindistana ilk səfəri qlobal iqtisadi çağırışlar və avtoritar dövlətlərdən gələn təhdidlər qarşısında sülh və rifah naminə uzunmüddətli tərəfdaşlığı dərinləşdirmək məqsədi daşıyır.

Aprelin 21-də Böyük Britaniyanın baş naziri ölkənin qərbində yerləşən Əhmədabad (Qucarat) şəhərinə səfər edəcək, burada yerli işgüzar dairələrin nümayəndələri ilə görüşəcək. Hindistan əsilli britaniyalıların təxminən yarısının bu bölgədən gəldiyi vurğulanır.

Aprelin 22-də Conson Nyu-Dehlidə Hindistanın baş naziri Narendra Modi ilə müdafiə, diplomatiya və iqtisadiyyat sahəsində əməkdaşlıq məsələlərini əhatə edəcək danışıqlar aparacaq. Britaniya hökumətinin başçısı ümid edir ki, Hindistana səfər Londonun hesablamalarına görə, 2035-ci ilə qədər hər il 28 milyard funt-sterlinqə (36,5 milyard dollar) çatmalı olan ölkələr arasında azad ticarət sazişinin bağlanması ilə bağlı müzakirələri sürətləndirəcək.

 

 

Son xəbərlər
Oxşar xəbərlər