12 C
Baku
Saturday, November 23, 2024

Boris Conson: “Bizə “OPEC+”dan daha çox neft lazmdır”

Böyük Britaniyanın Baş naziri Boris Conson hesab edir ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) neft hasilatını artırmalı və qiymətləri aşağı salmağa kömək etməlidir.

“Şübhə yoxdur ki, bizə “OPEC+”dan daha çox neft lazmdır”, – Boris Conson bildirib.

Baş nazir həmçinin qeyd edib ki, Böyük Britaniyanın Səudiyyə Ərəbistanı ilə möhkəm və məhsuldar əlaqələri var və bu, bütün Qərbin etməli olduğu bir şeydir (bu formada əlaqələrin yaqurulması – red.).

Xatırladaq ki, iyunun 30-da keçirilən görüşdən sonra “OPEC+” ölkələri avqustda gündəlik neft hasilatını 648 min barel artırmağa qərar veriblər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər