9 C
Baku
Friday, December 13, 2024

Boris Conson “Brexit”in gələn ilin yanvarın 31-dək baş tutacağına söz verib

Böyük Britaniyada keçirilmiş növbədənkənar parlament seçkilərində qələbədən sonra Baş Nazir Boris Conson “Brexit”in gələn il yanvarın 31-dək baş tutacağına söz verib.

Banker.az xəbər verir ki, APA-nın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi xəbərə görə, Baş Nazir bildirib ki, “Brexit” bəhanəsiz, “amma”, “bəlkə” və “əgər” olmadan qəti şəkildə reallaşdırılacaq.

“Avropa İttifaqını tərk etmək Böyük Britaniyaya öz valyutasını, immiqrasiya sistemini, sərhədlərini və qanunlarını məhz öz nəzarəti altına almağa imkan verəcək. Mənə səs verənlərin düzgün qərar verdiklərini sübut edəcəyəm”, – deyə B. Conson qeyd edib.

Xatırladaq ki, Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinə əsasən, B. Consonun sədrlik etdiyi Mühafizəkarlar Partiyası parlamentdə 358 yer əldə edərək qalib gəlib.

Son xəbərlər
Digər xəbərlər